Bu halda ipotekaya xitam veriləcək - RƏSMİ
    • 13-03-2024, 14:45
    • 161

Bu halda ipotekaya xitam veriləcək - RƏSMİ

İpoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək.

News24.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliə ipotekaya xitam verilən hallar genişlənir.

Qeyd edək ki, ötən il Azərbaycanda verilən ipoteka kreditlərinin sayında 1,8 faiz artım qeydə alınıb. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları 5,6 min ipoteka krediti verib ki, bunun da 3,9 mini adi, 1,7 mini isə güzəştli ipoteka krediti olub.