Məktəb direktoru işdən çıxarıldı
    • 13-03-2024, 21:58
    • 188

Məktəb direktoru işdən çıxarıldı

Şahbuz rayon Türkeş kənd tam orta məktəbinin direktoru vəzifəsindən azad olunub.

News24.az APA-ya istinadən bildirir ki, Şahbuz rayon Türkeş kənd tam orta məktəbinin direktoru Elminə Məmmədova vəzifə səlahiyyətlərini pozduğu və eyni zamanda fəaliyyətində nöqsanlara yol verdiyi üçün vəzifəsindən azad edilib.

Bunula bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb.