MTRŞ Real TV-yə lisenziya verdi
    • 23-04-2019, 16:49
    • 717

MTRŞ Real TV-yə lisenziya verdi

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması ilə bağlı elan etdiyi müsabiqənin nəticəsi məlum olub.

News24.az xəbər verir ki, MTRŞ-nın bu gün keçirilən iclasında açıqlanan nəticələrə əsasən, müsabiqənin qalibi hazırda fəaliyyətdə olan “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətidir (Real TV).

Beləliklə, MTRŞ Real TV-yə yerüstü yayım üçün müddətsiz lisenziya verib.

Xatırladaq ki, bu il martın 11-dən aprelin 11-dək elan edilmiş müsabiqədə iştirak etmək üçün 3 iddiaçı -“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və RTV Məhdud Məsuliyyətli Cəmiyyəti Milli Tеlеviziya və Radiо Şurasına müraciət etmişdi.