Yeni xəbər kanalının açılması üçün MTRŞ-ya iki müraciət daxil olub
    • 1-04-2019, 14:47
    • 880

Yeni xəbər kanalının açılması üçün MTRŞ-ya iki müraciət daxil olub

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün elan etdiyi müsabiqə ilə bağlı MTRŞ-ya iki qurum müraciət edib.

News24.az
bildirir ki, bunu “Report”un sorğusuna cavab olaraq MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyev deyib.
O qeyd edib ki, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV) və “TV media Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyəti” tələb olunan sənədləri Şuraya təqdim edib.
A.Hacıyev əlavə edib ki, müsabiqə üçün sənədlərin qəbulu aprelin 11-nə kimi davam edəcək: “Ona görə, yəqin ki, bundan sonra da müraciət olacaq. Yekun olaraq Şuranın iclası olacaq və qərar veriləcək”.
Qeyd edək ki, MTRŞ ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) 11mart 2019-cu il tariхdən 11 aprel 2019-cu il tariхədək müsabiqə elan edib.