Gimnastımız Dünya Kubokunda finala yüksəldi
    • 14-03-2024, 10:35
    • 297

Gimnastımız Dünya Kubokunda finala yüksəldi

Azərbaycan gimnastı Selcan Mahsudova Niderlandın Alkmaar şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.

News24.az-ın məlumatına görə, o, batut gimnastikası üzrə yarışın həlledici mərhələsində iştirak hüququ qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi Niderlanda 4 gimnastla yollanıb. Selcan Mahsudova ilə yanaşı, Hüseyn Abbasov, Mehdi Əliyev və Nicat Mirzəyev də Dünya Kubokunda mübarizə aparırlar.