Gimnastımız qızıl medal qazanıb
    • 3-07-2023, 10:33
    • 191

Gimnastımız qızıl medal qazanıb

Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Mixail Malkin Portuqaliyanın Santarem şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.

News24.az
-ın məlumatına görə, 27 yaşlı idmançı bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb.

Qeyd edək ki, yarışda Selcan Mahsudova (batut gimnastikası), Tofiq Əliyev və Adil Hacızadə (tamblinq) də mübarizə aparıb. İdmançılar 7-8 iyulda Portuqaliyanın Koimbra şəhərindəki Dünya Kubokunda da çıxış edəcəklər.