Sevdiyin insan barədə düşüncələr hipertonıya və stresdən xilas edir
    • 25-01-2019, 16:13
    • 1 193

Sevdiyin insan barədə düşüncələr hipertonıya və stresdən xilas edir

ABŞ-ın Arizona Universitetinin alimləri insan orqanizminin maraqlı xüsusiyyətini aşkar ediblər: əgər fərd stress vəziyyətinə düşürsə, o zaman özünün “ikinci yarısı” barədə cəmi bircə düşüncə bəs edər ki, qan təzyiqinin artmasının qarşısını alsın.

“The Daily Mail” xəbər verir ki, 102 nəfərin iştirakı ilə aparılan eksperimentdə könüllülər ayaqlarını soyuq suya salıb, bu da nəticədə stress reaksiyasına, damarların daralmasına və təzyiqin artmasına gətirib çıxarıb.
Sonra onların bəzilərindən sevdikləri insan barədə düşünmələrini xahiş ediblər. Bu, təzyiqin qalxmasını dayandırıb. Alimlərin sözlərinə görə, bu üsuldan istifadə etməklə imtahan və ya əməliyyatdan əvvəlki vəziyyətinizi yaxşılaşdırmaq mümkündür. Belə ki, öz münasibətlərindən tam məmnun olan insanlarda bu, daha müsbət təsir göstərir.
Bu, xoşbəxt münasibətdə yaşayan insanların nəyə görə ümumilikdə daha sağlam olduqlarını göstərir. Görünür, partnyorun dəstəyi hər gün baş verən streslərə cavab olaraq ürək-damar reaktivliyinin səviyyəsini azaldır. Yeri gəlmişkən, əgər sevdiyi insan könüllünün yanında idisə, o zaman ağrı hisslərinin kəskinliyi də aşağı düşüb.

//AZƏRTAC