"Eynicinsli nikahların rədd edilməsi Konstitusiyaya ziddir"
    • 14-03-2024, 13:50
    • 286

"Eynicinsli nikahların rədd edilməsi Konstitusiyaya ziddir"

Yaponiyanın Ali Məhkəməsi eynicinsli nikahların rədd edilməsinin konstitusiyaya zidd olduğu barədə qərar verib.

News24.az xəbər verir ki, eynicinsli birliklərə icazə verən hər hansı bir qanunun olmamasını aradan qaldırmaq üçün hökuməti təcili tədbirlər görməyə çağıran yüksək məhkəmə, "kişi və qadın arasında nikahı məhdudlaşdıran" mövcud nikah qanununu ləğv etmək səlahiyyətinə malik deyil.

Mövcud qanuna LGBTİ+ cütlüklərini daxil etmək üçün yenidən baxılmadıqca və ya digər növ birliklərə icazə verən yeni qanun qəbul edilmədikcə, dövlət qurumları eyni cinsli cütlüklərə nikah statusunu rədd etməyə davam edə bilər.

Sapporo Ali Məhkəməsinin qərarında deyilirdi ki, eynicinsli cütlüklərin evlənməsinə və heteroseksual cütlüklərlə eyni hüquqlardan istifadə etməsinə icazə verilməməsi "ailə qurmaq əsas hüququnu pozur".

Günel Məlikzadə