Vəba xəstəliyinə tutulan şəxs dünyasını dəyişdi
    • 14-03-2024, 13:53
    • 631

Vəba xəstəliyinə tutulan şəxs dünyasını dəyişdi

Nyu Meksiko Səhiyyə Müdirliyinin martın 8-də verdiyi açıqlamadan sonra vəbadan ölən şəxslə bağlı xəbərlər ABŞ mətbuatında geniş işıqlandırılıb.

News24.az xəbər verir ki, Səhiyyə Müdirliyinin yazılı açıqlamasında, əyalətin Linkoln bölgəsində vəba xəstəliyinə tutulan şəxsin xəstəxanaya yerləşdirildikdən sonra həyatını itirdiyi bildirilib.

Açıqlamada, hadisənin "2020-ci ildən bəri Nyu Meksikoda vəbadan ölən ilk insan" olaraq qeydə alındığı açıqlanıb.

Qeyd edək ki, əyalətdə 2020-ci ildə vəbaya yoluxan 4 nəfərdən birinin öldüyü, sonuncu vəba hadisəsinin isə 2021-ci ildə görüldüyü, səhiyyə işçilərinin riski müəyyən etmək üçün bölgə sakinləri ilə əlaqə saxlayacağı bildirilib.

Günel Məlikzadə