Vəbadan ölənlərin sayı artır
    • 25-05-2023, 08:36
    • 240

Vəbadan ölənlərin sayı artır

Cənubi Afrika Respublikasının paytaxtı Pretoriya ətrafında vəba epidemiyasında ölənlərin sayı 17 nəfərə çatıb.

News24.az xəbər verir ki, Gauteng Əyaləti Səhiyyə İdarəsi indiyədək Pretoriyanın şimalındakı Hammanskraal bölgəsində vəba testinin nəticəsi müsbət çıxan 29 nəfərdən 17-nin öldüyünü açıqlayıb. 

Açıqlamada, Hammanskraal bölgəsində vəba əlamətləri olan 165 nəfərin müalicə olunduğu bildirilib. 

Gauteng hökuməti mayın 21-də bölgədə vəba epidemiyası elan edib. 

Qeyd edək ki, “Vibrio” bakteriyasının törətdiyi,  qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər. /NTV Türkiye/