-
- 14-03-2024, 15:29
- 360
“Gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı” dəyişib
Prezident İlham Əliyev 10 dekabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı"nda dəyişiklik edib.
News24.az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, siyahıya Dövlət Gömrük Komitəsi Aparatının rəhbəri - gömrük xidməti general-mayoru əlavə olunub.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.