Axtarışda olan şəxs tutuldu
    • 14-03-2024, 17:20
    • 144

Axtarışda olan şəxs tutuldu

Türkiyədə Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruluşuna (FETÖ/PDY) üzv olmaq ittihamı ilə 4 il 2 ay həbs cəzası alan məhkum Mersində tutulub.

News24.az  xəbər verir ki, bu barədə Cumhuriyyet qəzeti məlumat yayıb.

Məlumata görə,FETÖ üzvü olduğu üçün Yalova Ağır Cəza Məhkəməsi tərəfindən 4 il 2 ay həbs cəzası ilə axtarılan Nihat Ş . Onun Mersində olduğu xəbərini alan İl Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsi qrupları həmin şəxsin Yenişehir səmtindəki evində əməliyyat keçirib.

Evində saxlanılan Nihat Ş. əməliyyatlardan sonra həbsxanaya təslim edilib.

Mehriban Mirzəzadə