-
- 14-03-2024, 20:00
- 498
TikTok-a 10 milyon avro cərimə
İtaliya Rəqabət Qurumunun verdiyi açıqlamaya görə, Çin mərkəzli ByteDance qrupunun İtaliya, İngiltərə və İrlandiyadakı TikTok filiallarına, yetkinlik yaşına çatmayan istifadəçiləri potensial zərərli təsirlərdən qorumadıqları səbəbi ilə ümumilikdə 10 milyon avro cərimə kəsilib.
News24.az xəbər verir ki, TikTok platformasında yayılan məzmuna nəzarət onun yetkinlik yaşına çatmayanların və həssas şəxslərin psixoloji və fiziki təhlükəsizliyini təhdid edib-etmədiyini müəyyən etmək üçün kifayət deyil.
Açıqlamaya görə, sözügedən sosial media platforması bu cür məzmunun yayılmasının qarşısını almaq üçün adekvat tədbirlər görməyib və özünün dərc olunmuş təlimatlarına əməl etməyib.
Günel Məlikzadə