YouTube və TikTok-a SƏRT XƏBƏRDARLIQ: ƏGƏR...
    • 10-11-2023, 12:00
    • 198

YouTube və TikTok-a SƏRT XƏBƏRDARLIQ: ƏGƏR...

Avropa İttifaqı (Aİ) YouTube və TikTok platformalarından yetkinlik yaşına çatmayanların qeyri-qanuni və zərərli məzmundan necə qorunduğuna dair məlumat tələb edib. 

News24.az xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.

Aİ Komissiyası 18 yaşdan kiçik insanlara qarşı görülən tədbirlərlə bağlı YouTube və TikTok-dan rəsmi məlumat tələb etdiyini açıqlayıb.

Aİ Komissiyanın Rəqəmsal Xidmətlər Qanuna əsasən tətbiq edilən yeni qaydalar çərçivəsində yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı öhdəliklərə əməl etmək üçün görülən tədbirlərlə bağlı şirkətlərdən daha çox məlumat tələb edib.

Bildirilib ki, YouTube və TikTok tələb olunan məlumatları noyabrın 30-dək təqdim etməli və komissiya bu mərhələdən sonra atılacaq addımları alınan cavaba görə qiymətləndirəcək. Bəyanatda bildirilib ki, Aİ qaydalarına uyğun olaraq, momissiyanın məlumat sorğusuna natamam və ya yanlış cavab verildiyi təqdirdə cərimələr tətbiq edilə bilər.

Ülkər Abdurahmanlı