Tornado 3 nəfərin həyatına son qoydu
    • 15-03-2024, 14:20
    • 134

Tornado 3 nəfərin həyatına son qoydu

ABŞ-ın İndiana ştatında tornado nəticəsində azı 3 nəfər ölüb.

News24.az xəbər verir ki, bu barədə ABC televiziyası ştat polisinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Randolf qraflığında baş verib. 

Bildirilir ki, ötən gün axşam ölkənin yeddi müxtəlif ştatında səkkiz tornado qeydə alınıb.

Mehriban Mirzəzadə