HƏMAS-ın atəşkəs təklifi rədd edildi
    • 15-03-2024, 19:15
    • 352

HƏMAS-ın atəşkəs təklifi rədd edildi

Baş nazirliyin mətbuat xidməti döyüş kabinetinin iclasından sonra HƏMAS-ın təklifinin rədd edilməsi və Rəfaha hücumun təsdiqlənməsi ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, açıqlamada Netanyahunun İsrail ordusunun Qəzzanın cənubundakı Rəfaha hücum planını bəyəndiyi və "Ordu əməliyyata, (mülki) əhalinin təxliyyəsinə hazırlaşır" dediyi bildirilib. 

Netanyahunun HƏMAS-ın İsraillə atəşkəs və məhbus mübadiləsi razılaşması ilə bağlı son təklifini rədd etdiyi, şərtlərin "hələ də irrasional" olduğunu bildirərək, İsrailin təhlükəsizlik kabinetinin qərarından sonra Qətərlə atəşkəs razılaşmasını müzakirə etməyə razı olduğu ifadə edilib. 

Rəfaha hücumun təsdiqi ABŞ və Misir də daxil olmaqla beynəlxalq ictimaiyyətin təxminən 1,5 milyon məcburi köçkün fələstinlinin sığındığı Rafaha girməmək barədə xəbərdarlıqlarına baxmayaraq gəldi.

Həmas dünən İsraillə atəşkəs və məhbus mübadiləsi razılaşması ilə bağlı təklifi Qətər və Misirdəki vasitəçilərə göndərdiklərini açıqladı.

İsrail Baş nazirliyinin mətbuat idarəsindən verilən açıqlamada, HƏMAS-ın son təklifindəki tələblərinin "məntiqsiz" olduğu irəli sürülüb.

Günel Məlikzadə