-
- 4-03-2024, 16:46
- 452
İsrail atəşkəs şərtlərini rədd etdi - İddia
İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, müharibə kabineti Netanyahunun HƏMAS-ın danışıqları davam etdirməsi üçün qoyduğu şərtləri rədd edib.
News24.az xəbər verir ki, müharibə kabineti Netanyahunun HƏMAS-dan "Qəzza zolağında sağ olan israilli məhbusların siyahısı və ilk turda hər bir israilli məhbusun azad edilməsi üçün İsrail həbsxanalarında olan fələstinli məhbusların azad ediləcəyi" tələbinə etiraz edib.
Netanyahunun tələbinin "əvvəlki kimi əvvəlində deyil, danışıqların sonrakı hissəsində müzakirə oluna biləcəyini" vurğulayan İsrail döyüş kabineti, azad ediləcək hər bir israilli əsir üçün hansı fələstinli əsirlərin azad ediləcəyi ilə bağlı siyahı tələbinin olduğunu bildirib.
İsrailin baş nazirliyi hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Misir mətbuatının məlumatına görə, Misir, ABŞ, Həmas və Qətərin iştirakı ilə Qahirədə keçirilən danışıqların ilk günü dünən başa çatıb və danışıqlar bu gün də davam edəcək.
İsrail və beynəlxalq medianın məlumatına görə, vasitəçilər bu müddət ərzində tərəflər arasında fikir ayrılıqlarını aradan qaldırmağı hədəfləyirlər.
Qeyd edək ki, İsrail, HƏMAS-dan tələb etdiyi "İsrailli məhbusların sərbəst buraxılması" şərtini yerinə yetirmədiyi səbəbiylə Qahirəyə nümayəndə heyəti göndərməyəcəyini açıqlamışdı.
Qəssam Briqadaları İsrailin blokada altındakı Qəzza zolağına hücumları nəticəsində ölən israilli məhbusların sayının 70-i keçdiyini açıqlayıb. İsrailin açıqlamalarına görə, Qəzza zolağında bəziləri sağ, bəziləri isə vəfat edən ümumilikdə 136 israilli məhbus var.
Günel Məlikzadə