Rusiyanın Odessaya hücumu: 8 ölü, 20 yaralı
    • 15-03-2024, 18:30
    • 147

Rusiyanın Odessaya hücumu: 8 ölü, 20 yaralı

Rusiyanın Odessaya raket hücumu nəticəsində ilk partlayışdan sonra yardım göstərməyə gələn feldşer və Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşı da daxil olmaqla 14 nəfər həlak olub, 7-si xilasedici olmaqla 46 nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə Odessa OVA-nın rəhbəri Oleq Kiper məlumat verib.

“Təəssüf ki, Rusiyanın raket hücumu nəticəsində ilk partlayışdan sonra hadisə yerinə gələn feldşer və Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşı həlak olub”.

Onun sözlərinə görə, həkimlər və xilasedicilər arasında ağır yaralılar da var.

Mehriban Mirzəzadə