Odessada matəm elan olundu
    • 14-06-2023, 19:58
    • 231

Odessada matəm elan olundu

Ukraynanın Odessa şəhərində 15 iyun matəm elan olunub.

Bu barədə Odessa meriyasından məlumat verilib.

Bildirilib ki, iyunun 15-də Odessada rusların qanlı raket hücumu nəticəsində həlak olanların xatirəsi yad ediləcək.

Qeyd edək ki, iyunun 14-nə keçən gecə Rusiyanın şəhərə növbəti raket hücumu nəticəsində insanlar həlak olub və yaralanıb, şəhərin mərkəzindəki mülki infrastruktur obyektlərinə xeyli ziyan dəyib./Axar.az/