Rusiyada səsvermə mərkəzinə molotov kokteyli atıldı
    • 15-03-2024, 20:00
    • 125

Rusiyada səsvermə mərkəzinə molotov kokteyli atıldı

Həm qutuda, həm də elektron qaydada keçirilən seçkilər 80-dən çox federal dairədə keçirilir.

News24.az xəbər verir ki, Rusiyada insanlar bazar gününə qədər davam edəcək prezident seçkiləri üçün bu gün səsverməyə gedir.

Bazar gününə qədər davam edəcək seçkilərin ilk günündən etirazlar başlayıb.

Rusiyanın yerli “Fontanka” xəbər saytının məlumatına görə, St. Sankt-Peterburqda səsvermə mərkəzinə molotof kokteyli ilə hücum edilib.

Bununla belə, Rusiya seçki və hüquq-mühafizə orqanları seçicilərin seçki qutularına yaşıl antiseptik boya tökməsi ilə bağlı bir sıra insidentlər barədə məlumat veriblər.

Qeyd edək ki, Rus dilində zelyonka adlanan bu boyadan 2010-cu illərdə müxalifət fəallarına qarşı hücumlarda geniş istifadə olunub.

Günel Məlikzadə