Rusiyada prezident seçkiləri başladı
    • 15-03-2024, 13:29
    • 186

Rusiyada prezident seçkiləri başladı

Rusiyada sabah və bazar günü davam edəcək 3 günlük seçki prosesi başlayıb.

News24.az xəbər verir ki, seçkidə qeydə alınmış 112 milyon 309 min seçici səs verəcək.

Rusiyanın 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krımdan başqa, Donetsk, Luqansk, Xerson və Zaporojyada da səsvermə keçiriləcək.

Seçkilərdə hazırkı prezident Vladimir Putinlə yanaşı daha üç namizəd mübarizə aparacaq.

Qeyd edək ki, seçkilərdə səslərin yarıdan çoxunu toplayan namizəd prezident olacaq.

24 ildir ölkəni idarə edən 71 yaşlı Putinin seçkilərdə qalib gələcəyi dəqiqdir.

Günel Məlikzadə