MSK səsvermə vəsiqəsinin hazırlanma qaydası və sayını təsdiqləyəcək
    • 23-12-2023, 08:44
    • 311

MSK səsvermə vəsiqəsinin hazırlanma qaydası və sayını təsdiqləyəcək


Növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasına və sayına dair tələblərin təsdiq edilməsi üçün ayrılan müddət sabah başa çatır.

News24.az-ın xəbərinə görə, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 45 gün qalanadək səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasına və sayına dair tələbləri təsdiq etməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 24-dək olan dövrü əhatə edir.

Dairə seçki komissiyaları səsvermə gününə 45-25 gün qalanadək, məntəqə seçki komissiyaları səsvermə gününə 24-3 gün qalanadək seçicilərə müvafiq dairə seçki komissiyası və ya məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsini təmin etməlidir. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar dairə seçki komissiyaları üçün bu müddət 2023-cü il dekabrın 24-dən 2024-cü il yanvarın 13-dək, məntəqə seçki komissiyası üçün bu müddət 2024-cü il yanvarın 14-dən fevralın 4-dək olan dövrü əhatə edir.