-
- 16-03-2024, 10:49
- 1 343
Qarabağda minatəmizləmə ilə bağlı statistika açıqlandı - VİDEO
Bu il Qarabağ və Şərqi Zəngəzurda 8,509.6 ha kənd təsərrüfatı təyinatlı ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub.
News24.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən 2023-cü il ərzində 53 min 81 ha ərazi mina və partlayıcı sursatlardan təmizlənib.
Bu ərazilərdən 28,877.2 hektarı kənd təsərrüfatı təyinatlı torpaqlar olub.