Dünyanın ən böyük prosessoru yaradıldı
    • 16-03-2024, 11:00
    • 112

Dünyanın ən böyük prosessoru yaradıldı

Amerikanın Cerebras Systems şirkəti 4622 kvadrat santimetr sahəsi olan WSE-3 prosessorunu təqdim edib.

News24.az xəbər verir ki, bu barədə “Naked-Science” məlumat yayıb.

Prosessor dörd trilyon tranzistor və 900 min nüvədən ibarətdir. 44 GB SRAM yaddaşı tərəfindən dəstəklənən performans 125 petaflops və ya saniyədə 125 katrilyon əməliyyatdır.

Tərtibatçılar maşın öyrənməsi və süni intellekt alqoritmlərini idarə etmək üçün yeni prosesdən istifadə etməyi təklif edirlər.

WSE-3 əsasında onlar həmçinin neyron şəbəkələrinin işini dəstəkləmək üçün nəzərdə tutulmuş Condor Galaxy AI klasterinin bir hissəsi olacaq Cerebras CS-3 maşınını yaratdılar.

Mehriban Mirzəzadə