Dünyanın ən dəyərli 3-cü şirkəti
    • 2-03-2024, 11:17
    • 497

Dünyanın ən dəyərli 3-cü şirkəti

Nvidia-nın səhmləri bu gün 4 faiz artaraq 822,79 dollara çatdığı halda, ilin əvvəlindən şirkətin səhmlərindəki artım 66 faizi ötüb.

News24.az xəbər verir ki, bu gün bazar dəyəri 2,056 trilyon dollara çatan "Nvidia" Saudi Aramco-nu geridə qoyaraq dünyanın üçüncü ən dəyərli şirkəti oldu.

Saudi Aramco-nun bazar dəyəri 2,046 trilyon dollar olaraq hesablanıb.

Beləliklə, “Nvidia” dünyanın üçüncü ən dəyərli şirkəti olub, “Saudi Aramco” isə dördüncü yerə düşüb.

“Microsoft” 3,087 trilyon dollarlıq bazar dəyəri ilə və “Apple” 2,774 trilyon dollarlıq bazar dəyəri ilə ilk iki mövqedəki yerini qorumağa davam edib.

Keçən ay "Nvidia" bazar dəyərinə görə Amazon-u sonra isə Google-un ana şirkəti Alphabet-i geridə qoydu.

Qeyd edək ki, keçən ilin may ayında süni intellekt çiplərinə artan tələbat səbəbindən 1 trilyon dollara çatan şirkətin bazar dəyəri keçən həftə ilk dəfə olaraq 2 trilyon dolları keçib.

Günel Məlikzadə