-
- 16-03-2024, 17:30
- 195
Suriyada vətəndaş müharibəsində 13 il keçdi
2011-ci ilin mart ayında Suriyada başlayan xalq hərəkatına rejimin zorakı müdaxiləsi ilə vətəndaş müharibəsinə çevrilən prosesdə 13 milyondan çox insan didərgin düşüb.
News24.az xəbər verir ki, zülm və korrupsiyaya qarşı islahat tələbi ilə başlayan dinc nümayişlər 2012-ci ildən etibarən rejim qüvvələrinin zorakılığa əl ataraq etirazları yatırmağa çalışdığı zaman silahlı qarşıdurmaya çevrildi.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Koordinasiya Ofisinin məlumatına görə, 6,5 milyondan çox insan ölkə daxilində didərgin düşüb, Suriyada isə ən azı 14 milyon mülki insan humanitar yardımdan asılı vəziyyətə düşüb.
BMT-nin 2022-ci ilin iyun ayında Suriya vətəndaş müharibəsində ölənlərin sayının təsdiqlənmiş sayının təqribən 306 min olduğunu, lakin real rəqəmin daha çox olduğunu bildirməsi Suriyadakı vətəndaş müharibəsinin ən ağır bədəlini mülki şəxslərin ödədiyini bir daha ortaya qoydu.
5 il əvvəl İdlibin Maaraatunnuman bölgəsindən zorla köçürülən Ahmet Abbud, "Əsəd rejimi və tərəfdarları yaşadığımız bölgəni yararsız hala saldıqdan sonra getməli oldum. Xalq qiyamının ildönümündə inqilabı davam etdirəcəyik" dedi.
13 yaşlı Əli Məhzum "Vətəndaş müharibəsi illərində doğulmuşam, bir bölgədə qala bilməyərək ömrümü çadırlarda keçirmişəm, dostum yox idi. Əsəd rejimi yıxılana qədər doğulduğum yerə qayıda bilmərəm" deyə bildirib.
Günel Məlikzadə