Putin prezidentliyə səs verdi
    • 16-03-2024, 19:10
    • 185

Putin prezidentliyə səs verdi

Kremldən verilən açıqlamaya görə, Putin Moskva vilayətindəki iqamətgahında Rusiya prezidentliyinə uzaqdan elektron səsvermədə iştirak edib.

News24.az xəbər verir ki, Rusiyada prezident seçkiləri martın 17-dək davam edəcək. Ölkədə prezident seçkiləri ilk dəfə üç gün ərzində və federal dairələrin demək olar ki, üçdə birində uzaqdan elektron səsvermə sistemi ilə keçirilir.

Prezidentliyə 4 namizədin mübarizə apardığı seçkidə indiki prezident Vladimir Putin Vahid Rusiya Partiyasının dəstəyi ilə müstəqil namizəd olub.

Liberal Demokrat Partiyasının sədri Leonid Slutski öz partiyasından, Nikolay Xaritonov Kommunist Partiyasından, Vladislav Davankov isə Yeni Xalq Partiyasından namizəd kimi seçki bülletenində öz yerini tutub.

Yeni seçilmiş prezident 6 il vəzifəsində qalacaq. Seçilmək şansı çox yüksək olan Putin yenidən seçki qutusunu qazanacağı təqdirdə 5-ci dəfə Rusiya prezidenti olacaq.

Günel Məlikzadə