-
- 15-03-2024, 08:20
- 227
Rusiyada prezident seçkiləri keçirilir
Rusiyada prezident seçkilərində səsverməyə start verilib.
News24.az xəbər verir ki, seçki məntəqələri ölkənin şərqindən başlayaraq açılmağa başlayır.
Səsvermə üç gün çəkəcək, regionların üçdə birində o həm də elektron olacaq.
Hazırkı prezident Vladimir Putinin seçkilərdə üç opponenti var. Dövlət başçısı ilə yarışmağa Kommunist Partiyasından Nikolay Xaritonov, Rusiya Liberal-Demokratik Partiyasından Leonid Slutskiyə və Dövlət Dumasının sədr müavini Vladislav Davankova imkan verilib. Onlardan heç biri nə Rusiyanın Ukraynadakı müharibəsini, nə də birbaşa Putini tənqid edir.