Rusiyada qəzaya düşən üç avtomobil yanıb, yeddi nəfər ölüb
    • 16-03-2024, 21:58
    • 206

Rusiyada qəzaya düşən üç avtomobil yanıb, yeddi nəfər ölüb


Rusiyanın Omsk vilayətində iki yük maşını və mikroavtobusun toqquşması nəticəsində biri uşaq olmaqla 7 nəfər ölüb.

News24.az “Report”a istinadla xəbər verir ki, bu barədə TASS xəbər verib.

Hadisə P-402 avtomobil yolunun 565-ci km-də, Omsk vilayətinin Lyubinski rayonunun Uvalo-Yadrino kəndi yaxınlığında baş verib. Qəzadan sonra hər üç avtomobil yanıb.

Hazırda polis əməkdaşları hadisənin baş vermə səbəblərini müəyyən etmək üçün hadisə yerində işləyirlər. Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.