AĞIR QƏZA: 5 nəfər diri-diri yandı
    • 13-11-2023, 00:09
    • 259

AĞIR QƏZA: 5 nəfər diri-diri yandı

Rusiyanın Tver vilayətində üç avtomobilin iştirakı ilə qəza baş verib.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb.

Qəzada ikisi azyaşlı olmaqla beş nəfər ölüb.

Belə ki, qarşı zolağa çıxan “Ford Focus” markalı avtomobil öncə “VAZ 2109” markalı avtomobili vurub, daha sonra yük maşını ilə toqquşub.

Qəza nəticəsində “Ford Focus” yanıb və nəqliyyat vasitəsində olan ikisi azyaşlı olmaqla beş nəfər ölüb. Qeyd olunub ki, qəza ilə bağlı araşdırma aparılır.