META-ya gündəlik 4,8 milyon lirə cərimə
    • 18-03-2024, 13:12
    • 360

META-ya gündəlik 4,8 milyon lirə cərimə

Türkiyə Rəqabət Qurumundan verilən açıqlamada, META-nın Instagram hesabları əsasında "Threads" profilləri yaradan istifadəçilərin məlumatlarının istifadəçilərə təsdiq seçimi təqdim etmədən birləşməsinin araşdırma tamamlanana qədər düzəlməz zərərlərə səbəb olacağı qiymətləndirildiyi bildirilib.

News24.az xəbər verir ki, META-nın uzun illərdir bazarda fəaliyyət göstərdiyi üçün hərtərəfli, ətraflı məlumat toplanmasına sahib olduğu vurğulanıb. Şirkətin istifadəçi bazasının böyüklüyü və müxtəlifliyinin META xidmətlərini reklamçılar üçün cəlbedici etdiyi bildirilib.

Açıqlamada bildirilib ki, bu vəziyyət META-ya xidmətin inkişafı üçün daha çox resurs ayırmağa imkan verir və rəqiblərin reklamçılara,  dolayısı ilə maliyyə resurslarına çıxışını çətinləşdirir. Bu kontekstdə META-nın fəaliyyəti bazara giriş maneəsi yaradır.  META-ya hər bir xidmətdən əldə etdiyi gücü və biliyi digər xidmətə ötürməyə imkan verir, bazar gücünü artırır.

Şərhdə, mövcud təsbitlər çərçivəsində; Instagram və Threads arasında məlumat ötürmə mexanizmi nəticəsində yarana biləcək məlumatların birləşdirilməsi davranışının qarşısının alınması üçün müvəqqəti tədbirlərin görülməsinə qərar verildiyi bildirilib.

Bunun üzərinə İdarə Heyəti, 12 dekabr 2023-cü il tarixindən başlayaraq, META tərəfindən təklif ediləcək uyğunluq tədbiri Rəqabət Qurumuna daxil edilənə qədər, hər gün üçün 2022-ci ilin ümumi gəlirlərinə əsaslanaraq 4 milyon 796 min 152 lirə inzibati cərimə tətbiq etməyə qərar verdi. 

Günel Məlikzadə