Polşalılar Rahil Məmmədova ad verdi
    • 18-03-2024, 22:54
    • 272

Polşalılar Rahil Məmmədova ad verdi

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşa çempionatında uğurlu çıxışını davam etdirir.

News24.az İdman.Biz-ə istinadən bildirir ki, 29 yaşlı müdafiəçi LKS-in heyətində keçirdiyi son matçda da özündən söz etdirib.

O, son çempion "Rakuv"la qarşılaşmada xoş təsir bağışlayıb. Polşa mətbuatı onun oyununu yüksək qiymətləndirib: "Rahil yaxşı oyun keçirdi. O, Polşa çempionu ilə matçda Lodz klubunun müdafiəsinin lideri idi".

Qeyd edək ki, çempionatın autsayderi olan LKS ev oyununda bir xal qazanıb - 1:1.