“Gent”in 2 futbolçusu “Qarabağ”la oyunu buraxa bilər
    • 22-02-2023, 12:17
    • 153

“Gent”in 2 futbolçusu “Qarabağ”la oyunu buraxa bilər

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent”in daha iki futbolçusu Belçikadakı cavab oyununu buraxa bilər.

News24.az xəbər verir ki, müdafiəçi Cozef Okumu və yarımmüdafiəçi Endryü Hyulsager Azərbaycan çempionu ilə matçda olmaya bilər.

Okumu Bakıdakı ilk oyunda xəsarət alıb. Hyulsager isə Belçika çempionatının 26-cı turu çərçivəsində baş tutan “Louven”lə matçda sıradan çıxıb.