Rahildən ardıcıl 2-ci qələbə
    • 12-03-2024, 08:20
    • 359

Rahildən ardıcıl 2-ci qələbə


Azərbaycanlı futbolçu Rahil Məmmədovun çıxış etdiyi LKS Polşa çempionatında növbəti oyununu keçirib.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, onun komandası 24-cü turda səfərdə “Varta”ya qalib gəlib.

Poznan şəhərində keçirilən qarşılaşma 1:0 hesabı ilə yekunlaşıb. Oyunun taleyini həll edən yeganə qol 74-cü dəqiqədə vurulub. Bu, LKS-in ardıcıl ikinci qələbəsi olub. Rahil çətin rəqiblə matçda 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, Məmmədovun klubu 16 xalla Ekstraklasada sonuncu pilləni tutur.