Şabranda avtoqəza baş verib, yaralılar var
    • 19-03-2024, 08:00
    • 229

Şabranda avtoqəza baş verib, yaralılar var


Şabran rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az report.az-a istinadən xəbər verir ki, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonunun Sincanboyad kəndi ərazisindən keçən hissəsində "Toyota" markalı minik avtomobili nasazlıq səbəbindən yolun kənarında dayanan "VAZ-21019" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində Şabran rayon sakinləri 1977-ci il təvəllüdlü Rəhmanov Rahim Kamil oğlu, 1997-ci il təvəllüdlü Seyidov Çingiz Qərib oğlu və 1982-ci il təvəllüdlü Osmanov Yaşar Həcbilə oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.