Şabranda avtomobil maneyə çırpılıb, xəsarət alanlar var
    • 9-02-2024, 23:13
    • 221

Şabranda avtomobil maneyə çırpılıb, xəsarət alanlar var


Şabranda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

News24.az "Report"a istinadla xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobilinin maneyə çırpılması nəticəsində Məcidova Ülkər İslam qızı və Məmmədov İlyas İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.