NATO-nun baş katibi bu gün Ermənistana gedir
    • 19-03-2024, 12:24
    • 149

NATO-nun baş katibi bu gün Ermənistana gedir

NATO-nun baş katibi Yens Stoltenberq martın 19-da Ermənistana səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, İrəvanda o, Ermənistan prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək. Hökumət başçısı ilə görüşdən sonra onlar bəyanatla çıxış edəcəklər.

Qeyd edək ki, daha əvvəl Stoltenberq Azərbaycanda və Gürcüstanda səfərdə olub.

Mehriban Mirzəzadə