Zəlzələ texnologiyalarında XƏBƏRDARLIQ: 50%-ni...
    • 19-03-2024, 13:27
    • 225

Zəlzələ texnologiyalarında XƏBƏRDARLIQ: 50%-ni...

Yıldız Texniki Universiteti (YTU) İnşaat Mühəndisliyi Bölümü müəllimi Prof. Dr. Ali Koçak evlərini gücləndirmək istəyənlərə zəlzələ texnologiyalarında mühüm yeri olan seysmik izolyator və karbon lifindən düzgün binada istifadə etmələri barədə xəbərdarlıq edib.

News24.az xəbər verir ki, Türkiyədə baş verən böyük zəlzələlər riskli binalarda yaşayan istanbulluları zəlzələyə davamlı binaların tikintisi üçün istifadə olunan materiallar və texnologiya üzərində araşdırma aparmağa vadar etdi.

YTU İnşaat Mühəndisliyi kafedrasının professoru Prof. Koçak bildirib ki, zəlzələyə davamlı bina dedikdə dizayndan tutmuş istehsal prosesinə qədər müasir texnologiyaların tətbiq olunduğu, hər cür riskin aradan qaldırıldığı, zəlzələyə və xarici təsirlərə qarşı güclü, yaşayış sahələrinin yüksək keyfiyyətli olduğu bina nəzərdə tutulur.

Binanın dayanıqlı olması üçün ilk meyarın layihə dizayn mərhələsi olduğunu deyən Koçak, texniki-iqtisadi əsaslandırmaların yaxşı yerinə yetirilməsi və layihənin keyfiyyətinin təmin edilməsi işin 50%-ni təşkil etdiyini qeyd etdi.

Günel Məlikzadə