Türkiyə zəlzələyə hazırlaşır
    • 20-07-2023, 17:55
    • 146

Türkiyə zəlzələyə hazırlaşır

Türkiyə uzun müddətdir mütəxəssislərin proqnozlaşdırdığı və xəbərdarlıq etdiyi zəlzələyə hazırlaşır. Bunun İstanbulda və dağıdıcı olacağı gözlənilir. 

News24.az xəbər verir ki, çoxlu sayda bina risk altındadır.

Bildirilir ki, hakimiyyət gələn həftədən tədbirlər görməyə başlayacaq. On yeddi milyon əhalisi olan İstanbul potensial təhlükəli zonadadır, təxminən 2 milyon yarım bina risk altındadır.

İstanbul yaxınlığında zəlzələnin gücünün 7 bala çatacağı və onlardan 100 minə yaxın binanın uça biləcəyi gözlənilir. Əhaliyə xəbərdarlıq edilir ki, gələcək fəlakətə hazırlaşsınlar.

Türkiyə dünyanın ən aktiv seysmik zonalarından birində yerləşir, çünki o, hərəkətini dayandırmayan üç seysmik lövhənin təmas nöqtəsində yerləşir.

Arzu