-
- 19-03-2024, 19:45
- 199
"Fransa Qəzzadakı soyqırımın ortağıdır"
İtaətsiz Fransa Partiyasının (LFI) üzvü Portes X postunda Fransa əsilli İsrail əsgərinin fələstinli məhbusu təhqir etdiyi şəklini paylaşaraq reaksiya verib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Portes, "Fransa nə vaxta qədər İsrail ordusunun cinayətkarları ilə birlikdə Fələstin xalqını məhv etmək üçün çalışan fransız-israillilərə göz yumacaq? Fransa (Qəzzada) soyqırımın ortağıdır" deyib.
Eyni görüntüləri X sosial media platformasında paylaşan Fransa Fələstin Həmrəylik Dərnəyinin (AFPS) prezidenti Anne Tuaillon da bu görüntülərin onu xəstələndirdiyini qeyd edib.
Tuaillon bildirib ki, Fransa Xarici İşlər Nazirliyi bu hadisə ilə bağlı heç nə eşitmək istəmir.
Görüntülərdə uniformalı əsgərlərin gözləri bağlı insanları yük maşınının arxasından götürərək başqa maşına mindirdiyi görünür.
Sözügedən qrup ağ kombinezon geyinərək yük maşınından düşərkən fransızca danışan şəxs tərəfindən təhqir olunur.
Günel Məlikzadə