-
- 28-01-2024, 18:59
- 201
Fransa fələstinli qaçqınlara maliyyə dəstəyini DAYANDIRDI
Fransa BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə müvəqqəti olaraq maliyyələşdirməni dayandırıb.
R TV xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Fransa 2024-cü ilin birinci yarısında heç bir əlavə ödəniş etməyi planlaşdırmır, vaxtı gələndə BMT və əsas donorlarla birlikdə yardımın şəffaflığı və təhlükəsizliyi ilə bağlı bütün tələblərini nəzərə alaraq qərar verəcək", - deyə məlumatda deyilir.
2023-cü il üçün Paris 60 milyon avro ayırıb.
XİN vurğulayıb ki, BMT agentliyinin əməkdaşlarının HƏMAS-ın fəaliyyətində iştirakı ilə bağlı səslənən məlumatlar ciddidir.
Aslan Nadiroğlu