-
- 19-03-2024, 19:00
- 307
Simonyan əsəbləşdi – “Tam məhv edilməlidir”
Rusiya dövlət televiziyası “Russia Today”in erməni redaktoru Marqarita Simonyan Ukraynanı tam məhv etməyə çağırıb.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, o, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətində yaşayış evini vurması haqda danışarkən deyib.
Simonyan Ukrayna ilə danışıqların mümkün olmadığını bildirib.
“Terrorçularla necə danışıqlar aparmaq olar? Nə barədə? Yalnız tam məhv etmək”, - erməni jurnalist vurğulayıb.
Rusiya mediası vilayətin Nikolskoye kəndində şəxsi evə mərminin atılması nəticəsində 4 nəfərin öldüyünü yazır.