-
- 21-03-2024, 12:00
- 907
“Kosa, keçəl, kloun kimi getmişəm”
Əməkdar artist Rafael İskəndərov növbəti açıqlamaları ilə diqqət çəkib.
News24.az OLAY-a istinadla yazır ki, aktyor teatrda çalışdığı vaxtlarda fəhlə kimi də işlədiyini deyib. Bu haqda o, AStar TV-də Ülvira Qarayeva ilə müsahibəsində danışıb.
“Kosa, keçəl, kloun kimi məclislərə getmişəm. İndiki bəzi məşhurlarla bir yerdə getmişik. Adlarını demək istəmirəm, bəlkə, xətrinə dəyər. 1993-cü ildə Rusiyaya böyük axın olanda, camaat işləməyə gedirdi. Atama dedim ki, mən də getmək istəyirəm. Cibindən pul çıxardı, yarısını verdi mənə. Dedi acımızdan ölsək də, tox da olsaq, burada olacaqsan. Sonra getdim Gənclər teatrına. Qəbul oldum. 1 ildən sonra artıq baş rol oynayırdım. Qazancım heç yol pulumu qarşılamırdı. Fəhlə kimi getmişəm, çörək zavodunda işləmişəm. Bunları ağlaşma kimi demirəm, sadəcə yaşadığımı deyirəm. Rafaellə Coşqun birdən-birə gəlib Rafael Coşqun olmadılar ki”, - deyə, o, bildirib.