-
- 10-03-2024, 16:53
- 12 068
"Mən xəstəxanaya getmişdim, orada..." - Rafael İskəndərov DANIŞDI
Əməkdar artist Rafael İskəndərov “Məhəllə 2 - Moskva” filmi ilə bağlı maraqlı məqamları açıqlayıb.
News24.az OLAY-a istinadla yazır ki, aktyor məşhur mavzoley səhnəsinin çəkilişindən danışıb.
“Mavzoleyin içinə girişə qədər orada çəkilib. Bəlkə, indi telefonla kimsə orada çəkiliş edir, amma o vaxt orada icazəsiz film çəkilişi hər adamın işi deyildi. Təbii ki, icazə alınmışdı. Mühafizədə polislər var idi. Mavzoleyin içinə girişə qədər orada çəkilib. Sonrası burada çəkilib. Lenini ifa edən aktyor da öz azərbaycanlımızdır”, - deyə, o, bildirib.
İskəndərov sözügedən şəxsi necə tapdıqlarından söz açıb:
“Mən xəstəxanaya getmişdim. Liftlə çıxanda gördüm bunu. Liftdə işləyirdi. Uşaqlara dedim ki, gəlin gedək baxaq. Hamımız girdik liftə, Tahir İmanov birbaşa kişiyə dedi ki, “Ağsaqqal, sənə filmdə rol təklif etsələr oynayarsan?”. O da çox gözəl bilirdi. Dedi ki, “Lenini oynamaq?”. O adamın üzündə bir qram qrim yoxdur. Saç, bığ, saqqal, nə varsa özünündür. İndi salamatdır, Allah cansağlığı versin. Fikir versəniz, film bitdikdən sonra orada alınmayan dubllar var. Gülmək tutur bizi. O, tabutda uzanıb, o adamın isə üzü gülmür. Tamaşaçını da çox vaxt çaşdıran odur ki, elə bilirlər ki, bu ya əsl oradakı Lenindir, ya da ki, maketdir. Bizi o tabutun başında gülmək tutur, o adamın dodağı da tərpənmir”.