Demi Mur Brüs Uillisin son halını paylaşdı - FOTO
    • 21-03-2024, 16:00
    • 140

Demi Mur Brüs Uillisin son halını paylaşdı - FOTO


Hollivud ulduzu Demi Mur ağır xəstə olan Brüs Uillisin nadir fotolarını paylaşıb.

News24.az axşam.az-a istinadən bildirir ki, aktyor son illər ağır xəstəlikdən əziyyət çəkir. Bütün yaxınları, eləcə də, keçmiş həyat yoldaşı Demi Mur onu tək qoymur.

Uillisin bu günlərdə 69 yaşı tamam oldu. Bu münasibətlə onun hazırkı sevgilisi Emma Heminq onun qızı ilə arxiv fotosunu yayımlayıb. Daha sonra təbriklərə aktyorun keçmiş həyat yoldaşı Demi Mur da qoşulub. O, həmçinin keçmiş əri ilə bir neçə foto paylaşıb və afaziya ilə mübarizə apararkən onun indi necə göründüyünü göstərib.

Şəkildə görünüb ki, Brüs Uillisin xəstəliyə baxmayaraq, hələ də həyat sevinci var. 

Qeyd edək ki, aktyora afaziya diaqnozu qoyulub.