-
- 21-03-2024, 16:11
- 460
Qızıl qiymətləri yeni tarixi rekorda imza atıb
Qızıl qiymətləri yeni tarixi rekorda imza atıb.
Cümə axşamı qızılın qiyməti ilk dəfə olaraq 1 troy unsiyası üçün 2200 dollardan yuxarı qalxıb. Day.Az Gazeta.ru- ya istinadən xəbər verir ki, bunu Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) ticarət məlumatları sübut edir .
Moskva vaxtı ilə saat 9:58-ə olan məlumata görə, aprel qızıl fyuçersləri 1 troy unsiyası üçün 2209,1 dollara (+2,23%) başa gəlib. Honq-Konqda spot qiymətlər 0,96% artaraq 2207,39 dollar olub.