Boksçu Makron internetdə məsxərəyə qoyuldu
    • 21-03-2024, 16:30
    • 209

Boksçu Makron internetdə məsxərəyə qoyuldu


İnternet istifadəçiləri Fransa prezidenti Emmanuel Makronun boks zamanı çəkilmiş fotolarını ələ salıblar.

News24.az xəbər verir ki, şəkilləri Fransa liderinin fotoqrafı Soazig de la Moissoniere  martın 20-də Instagram sosial şəbəkəsindəki səhifəsində yerləşdirib.

Qara və ağ fotoşəkillərdə Fransa prezidentinin hirslə yumruq torbasını vurması göstərilir. Lakin istifadəçilərin heç də hamısı Makronun boks fotolarını qorxulu saymayıb, əksinə, bir çox şəkillər onları güldürüb.

"Makronun fotoqrafı onun yorulmaz boksçu kimi çəkilmiş fotoşəkillərini dərc etdi. Bağışlayın, amma mən güldüm!" - Fransız sahibkar Emmanuel de Villiers yazıya münasibət bildirib.

Bəzi şərhçilərin fərziyyələrinə görə, fotoqraf fotoredaktordan istifadə edərək Fransa liderinin əzələlərini artırib.//day