Əfqanıstanda partlayış: 40 nəfər öldü
    • 21-03-2024, 17:23
    • 115

Əfqanıstanda partlayış: 40 nəfər öldü



Əfqanıstanın Qəndəhar şəhərində "Kabil Bank"ın önündə partlayış olub.

News24.az axar.az-a istinadən bildirir ki, bu barədə Əfqanıstanın yerli media orqanları məlumat yayıb.

Səhər saatlarında baş verən partlayış nəticəsində 40-a yaxın adam ölüb, 20-dən çox adam yaralanıb.

Partlayış maaşlarını almaq üçün "Kabil Bank"a gedən Taliban qüvvələrinin toplaşdığı vaxtda baş verib.

Hələlik heç bir teror qruplaşması bu partlayışı öz üzərinə götürməyib.