Qazın qiyməti ilə bağlı VACİB AÇIQLAMA
    • 22-03-2024, 08:20
    • 3 037

Qazın qiyməti ilə bağlı VACİB AÇIQLAMA



Avropada qazın qiyməti 100 dollardan çox ucuzlaşacaq.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O əlavə edib ki, Avropada alternativ və bərpa edilən enerjidən istifadə kütləviləşir: "Bu səbəbdən də qaz anbarlarında kifayət qədər ehtiyat qalıb. Almanyada istehsal edilən illik elektirik enerjisinin yarısı bu mənbələrdən formalaşıb".

Qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyinin analitiklərinin proqnozuna görə, 2024-cü ildə Avropada təbii qazın birja qiymətləri 2023-cü ilin orta göstəricisi ilə müqayisədə 20 faizdən çox aşağı düşə bilər. Ekspertlərin gözləntilərinə görə, bu il Niderlandda qazın orta qiyməti min kubmetr üçün 353 dollar təşkil edəcək. 

Beləliklə, 2024-cü ildə Avropada qazın orta qiyməti min kubmetr üçün 106 dollar ucuzlaşa bilər.