Gözlənilən emojilər nəhayət WhatsApp-a gəlir
    • 22-03-2024, 09:38
    • 242

Gözlənilən emojilər nəhayət WhatsApp-a gəlir

WhatsApp istifadəçilərinə yeni və müxtəlif ifadə seçimləri təklif etmək üçün Unicode 15.1 daxilində 6 yeni emoji əlavə edir. Bu yeniləmə sosial mediada emoji istifadəsində daha çox müxtəliflik və rəngarənglik vəd edir.

News24.az xəbər verir ki, 6 yeni emojidən ikisi yemək, ikisi azadlıq simvoludur (qırılan zəncir və qanadları açılmış alovlu feniks), ikisi isə üz ifadəsidir. Xüsusilə qida emojiləri istifadəçilərə yazışmalarında daha konkret ifadələrdən istifadə etməyə imkan verir.

Qida emojilərinə limon və ağ gövdəli qəhvəyi göbələk daxildir. Feniks və zənciri qıran emojilər daha mənalı və təsir edici ifadələr üçün istifadə edilə bilər. Bu emojilər iOS 17.4 ilə işləyən iPhone istifadəçiləri üçün əlçatan idi və indi onlardan Android telefonlarında da istifadə etmək mümkün olacaq.

Günel Məlikzadə